“Avropa İttifaqı Azərbaycanı Rusiya bataqlığından salamat çıxarmaq üçün cəhd edir” – Siyasətçi

***

Deputat seçkilərində Hüseynbala Mirələmovu (sabiq millət vəkili - red) udmuşam.

Bunu politoloq, Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən bildirib.

“...Bir haqqımı yeyib. İkinci dəfə Avropa Məhkəməsinin Qərarını almışam. Ücüncü dəfə demişəm ki, səni qutunun dibində qoyacam. Dedim Mirələmov, məndən keçdi, səni Allaha tapşırıram. Allah da neylədi, əlin uzun elədi... Gerçəkdən, Allah etdi...”, - deyə o, vurğulayıb.

Siyasətçi qeyd edib ki, rejissorsan rejissor ol, yazıçısan yazıçı ol, adamsan adam ol, sədrsən sədr ol! Mənim haqqıma niyə girirsən?

“....Bunlara baxmayaraq, hər zaman cəmiyyətdə etimad, anlaşma, uzlaşma fəlsəfəsini bu dövlətin bütövlüyə gedən yolun açarı hesab edən Zəlimxan Məmmədli var. Və burda Əli İnsanovla Zəlimxan Məmmədlinin fikirləri tam qoşalaşır. Həm də fərqli qütblərdə olan adamlar bu ideyada – cəmiyyətdə barış fəlsəfəsinin əsasında birləşdilər və oldu bir partiyada. Ali Məclisin sədri mənəm. Partiyanın sədri də çox hörmətli akademik Əli İnsanovdur. Və çox rahat bir kollegiya qurumu formalaşıb: partiyanın  qısa zamanda 82 ərazisinin formalaşması, intelektual imkanlarımızın kifayət qədər öndə olması və nəhayət, yaranmış siyasi situasiya məcbur etdi ki, bu qərarı 5 ay bundan əvvəlmi verməliydik, yaranandanmı verməliydik? Yarananda kifayət qədər radikal çıxışları olub Əli İnsanovun. Mənim eyni ilə.. Yox, artıq nə oldu - Rusiya imperiyası çökür, Azərbaycanı buxovlayan hərb maşını çökür, siyasi maşın çökür... Və bu tərəfdə İranın işi açılır – irin partlayır... Prezident Rusiyaya, Fransaya, İrana... mesajlar verir, dirəniş göstərir. Və Qərbə mesaj verir ki, belə yanaşmayın! ABŞ da Azərbaycanı müdafiə ilə bağlı Blinkenin adından bəyanat verdi – Azərbaycanın yanındayıq!”, -deyə o vurğulayıb.

Onun sözlərinə görə, Aİ Azərbaycanı Rusiya bataqlığından çıxarmaq istəyir.

“Avropa İttifaqı Azərbaycanı Rusiya bataqlığından salamat çıxarmaq üçün cəhd edir. Burda nə baş verir: Qarabağ probleminin ədalətli həllini istəyirlər.  Şarl Mişelin ortaya qoyduğu Qarabağın nizamlanması planı Azərbaycanın verdiyi beş təklifin əsasındadır – suverenlikdir, ərazi toxunulmazlığıdır, birgə yaşayış təməlləridir, o cümlədən vətəndaş hüquqlarının qorunmasıdır.

Azərbaycan dövlətinin rəsmi təmsilçisi bizim millətimizi etimada aparan bir yolu ifadə edir. Mənim gördüyüm odur ki, o, doğru ifadə edir və biz onu dəstəkləyirik”, - deyə o, bildirib.

Siyasətçi Türkiyənini dövlətçilik modelindən də sitat çəkib:

“Bu gün Türkiyənin söykəndiyi bir model – Cümhur ittifaqı- MHP və AĞ Partiya. Müqayisə aparmıram. Nümunə çəkirəm ki, bir-birinin “qanına susamış” iki siyasi qüvvə Türkiyə naminə birləşib və ölkəni dünyanın supergücünə çeviriblər”, -deyə diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanda Haqq-Ədalət Partiyası ən sürətli inkişaf edən partiyadı, ən ciddi elektral bazaya malik olan partiyadır.

“ Bu gün partiyanın üzvlərinin sayı 10 minin üzərindədir – iki ildə yaranan partiyanın. Partiya sürətlə inkişaf edir, kifayət qədər tərəddüd edən də yoxdur, təəssübkeşlərimiz də çoxdur. Onları da üzv etsək 100 mini ötə bilərik... Deməli, burda nə baş verir - cəmiyyətə təsir imkanına malik lideri olan partiyalar Azərbaycan cəmiyyətini toparlama istiqamətində resurslarını səfərbər etsələr, Azərbaycan güclü olacaq. Bu etapda güclü siyasi hakimiyyətimiz olacaq.  Bundan sonra isə biz demokratiyaya keçidi bir yerdə razılaşıb tapacağıq – meydanlarda qışqıraraq, üsyanla, inqilabla yox! Anlaşaraq tapacağıq”, - o, diqqətə çatdırıb.

 Zəlimxan Məmmədlinin fikrincə, hakim partiya Haqq-Ədalət Partiyası ilə ittifaq sazişi və yaxud da əməkdaşlıq protokolu imzalaya bilər.

“Beləliklə, millətimizin və dövlətimizin boynuna ölçülən məsələlərdə biz səngərdəyik! Kim nə deyir, desin! Əgər həqiqətdirsə, niyyətimiz safdırsa bundan heç zaman qorxmayacağıq və bizi daşlamaq istəyənlər də bizim düz qərar qəbul etdiyimiz qərarına gələcəklər. Millət də görəcək ki, bu, 30 ildə olmayan siyasi iradə, ağıl tələb edən bir qərar idi və bu qərarı Haqq-Ədalət Partiyası intelektual beyni ilə, strateji düşüncəsi ilə bir yerdə verə bildi. Bu qərarı verənlər sırasında Zəlimxan Məmmədli də varsa, mən özümü bəxtiyar hesab edirəm. Onun başında dünən hakimiyyətdə olub bizimlə ciddi müxalif olan, zindan həyatı yaşayıb ordan urvatlı çıxan Əli İnsanov da varsa nə gözəl”, - siyasətçi diqqətə çatdırıb.

 Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.

1981-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.

1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.

Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.

Y.MƏMMƏDLİ 

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA