Baş prokuror Kamran Əliyev ölkədə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib.

Tezadlar.az Baş Prokurorluğun saytına istinadla bildirir ki, K.Əliyev  bu barədə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında deyib. Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər, əsasən, məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı ifadələr verirlər: "Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldıqları və ya istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq məqsədilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".

Beynəlxalq təşkilatlar da bəzən belə bir iddia ilə çıxış edirlər. Lakin Azərbaycan hakimiyyəti bu faktları həmişə təkzib edir. Bununla belə, faktdır ki, bəzən belə informasiyaları yayanların özləri bir müddət sonra Avropada oturum alıb Azərbaycan əleyhinə çıxışlar edirlər. Bu çıxışların mayasında isə tənqid deyil, təhqirlər dayanır. Yəni, Azərbaycanda təhqir edildiyini deyənlər Azərbaycandan kənara çıxıb Azərbaycanın ünvanına təhqir böhtanlar yağdırmaqla məşğul olurlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA