booked.netbooked.net booked.net  

Cinayətkar qrup üzvləri sahibkarların milyonlarını ələ keçirib, müəssisələrini əllərindən alıb...

Ötən gün, dekabrın 18-də Qazaxistan Respublikasının Maliyyə Monitorinq Agentliyi (MMA) jurnalist Mixail Kozaçkovu saxlayıb. O, mütəşəkkil cinayətkar qruplaşmaya (MCQ) - Yeldos Kospayevə yardım etməkdə şübhəli bilinir.

Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay tanınmış jurnalist Mixail Kozaçkovun saxlanılmasını sosial şəbəkə hesabından şərh edib (kazakpravda).

Onun sözlərinə görə, prezident Kasım-Jomart Tokayev jurnalist Mixail Kozaçkova qarşı aparılan istintaqla bağlı media ictimaiyyətinin bir sıra nümayəndələrindən müraciət alıb.

O, vurğulayıb ki, bu səs-küylü işə Qazaxıstan Respublikasının qanunvericiliyinə ciddi şəkildə uyğun olaraq baxılmalıdır.

“Baş Prokurorluq ibtidai araşdırmanın qanuniliyinə nəzarəti təmin etməyə və qanunla müəyyən edilmiş qaydada zəruri izahatlar verməyə borcludur. Saxlanılan jurnalistin Qazaxıstan vətəndaşı kimi bütün qanuni hüquqlarına tam riayət edilməlidir”, - Jeldibay yazıb.

Xatırladaq ki, dekabrın 14-də MMA press-reliz yayıb və orada qeyd olunub ki, mütəşəkkil cinayətkar qrup “uzun müddət Almatı sahibkarlarını qorxu içində saxlayıb”. Mütəşəkkil cinayətkar qrup zorakılıq və hədə-qorxu ilə sahibkarların əmlakını, şirkətlərdəki paylarını ələ keçirib və kölgə biznesi ilə məşğul olub.

Ulysmedia-nın yaydığı məlumata görə, 2019-cu il martın 4-də Almatıda Kospayev əlaltıları ilə birlikdə biznesin inkişafına 160 milyon tenge sərmayə qoyan “Profit Trade Ltd” MMC-nin sahiblərini öz paylarının 40%-ni qrupun fəal üzvü İmaşevə verməyə məcbur edib.

Əvəlki rəhbərləri rəhbərlikdən uzaqlaşdıran mütəşəkkil cinayətkar dəstənin üzvləri saxta sənədlərlə yerdə qalan 35 faiz payı ələ keçiriblər. Şirkət spirtli içkilərin topdansatışı ilə məşğul olurmuş və sabit gəlir gətirirmiş.

Digər bir halda, 30 iyul 2020-ci ildə Kospayevin cinayətkar qrupu bizneslərinə 400 milyon tengedən çox sərmayə qoyan “Azovita Aktay” MMC-nin və “Azovita Atyray” MMC-nin sahibini həyati təhlükəsi altında müəssisələrin nizamnamə kapitalındakı payları 100 % onlara təmənnasız köçürməyə məcbur edib.

Şirkətlərə nəzarəti ələ keçirən Kospayevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup Almatı, Atırau, Kostanay, Manqistau vilayətlərində, eləcə də Almatıda alkoqollu məhsulların qanunsuz satışı üçün onlardan cinayət fəaliyyətində istifadə etməyə başlayıb.

MMA qeyd edib ki, Kospayev və onun yaratdığı mütəşəkkil cinayətkar dəstənin üzvləri özlərinin cəzasız qaldığını hiss edərək, gəlirli müəssisələri ələ keçirməyə davam ediblər.

2018-ci ilin oktyabr ayından Kospayev və MCQ üzvləri Babayev, Abijanov, Tanaşev, Kudryashova və başqaları 3 torpaq sahəsi, 20 ofis sahəsi və 113 mənzili mənimsəyiblər. Nəticədə 4,6 milyard tenge məbləğində ziyan dəyib.

İndi mütəşəkkil cinayətkar qrupun cinayət yolu ilə əldə etdiyi bu əmlaklara həbs qoyulub - 133 daşınmaz əmlak obyekti, 11 torpaq sahəsi, 35 premium avtomobil və doqquz milyon dollar nağd pul.

***

Məşhur jurnalist Mixail Kozaçkovun bu dəstəyə hansı üsulla xidmət etməsini isə istintaq müəyyən edəcək...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN