Fövqəladə Hallar Nazirliyinin inzibati binasında xınayaxdı mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Müzakirələrə səbəb olan videoya Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da münasibət bildirib.

Nazir açıqlamasında görüntüləri normal qarşıladığını deyib:

“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”.

VİDEONU İZLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ DAXİL OLUN:

https://ok.ru/video/5544095713899

TEZADLAR.AZ