Əlbəyaxa döyüşlə Şuşanı alan igidlərimizdən Vasif Tağıyevi qətiyyən ayırmaq olmaz və Vasif də müstəqil dövlətin ərazisinə avtomat silahla hücum edən terrorçunun üstünə əliyalın gedərək, əlbəyaxa döyüşlə onu zərərsizləşdirmiş, bununla da onlarla səfirlik əməkdaşının həyatını xilas etmişdir

İran axıra qədər dözə bilmədi. Molla rejimi özünü tamam biabır etdi. İllərdir bizimlə gizli apardığı düşmənçiliyi, nəhayət, üzə çıxartdı. Əvvəl düşmənçiliyi 30 il torpaqlarımız işğalda olarkən altdan-altdan edirdi. Yəni, ermənilərə qucaq açmışdı, onları blokadadan çıxartmaq üçün dəridən-qabıqdan çıxırdı. Üzdə isə “müsəlman qardaşımız Azərbaycan” - deyirdi. Amma Ali Baş Komandan, Prezident İlham Əliyevin bacarıqlı sərkərdəliyi, rəşadətli ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti sayəsində 30 il işğalda olan torpaqlarımız 44 günlük savaşla azad edildi. Bununla da elə bil İranın molla rejiminin bütün səbri daşdı. Qazandığımız bu Zəfər qələbəsi sanki İranın arı yuvasına çöp uzatdı. İran artıq Azərbaycanla açıq düşmənçilik siyasətinə keçdi.

Bu düşmənçilik özünü ilk növbədə Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməklə, erməniyə dəstək verməklə göstərdi. Sanki İranın molla rejiminin müsəlman qardaşı Azərbaycan yox, işğal olunmuş ərazilərdəki Allahın evi olan məscidlərdə 30 il mal-qara, qoyun-quzu və donuz saxlayan xristian ermənilərdir. Və bu qardaşlığa da molla rejimi çox sadiqdir.

Yanvarın 27-də Tehran şəhərində yerləşən Azərbaycan səfirliyinə terror hücumu ilə İranın molla rejimi artıq “qırmızı xətt”i keçdi. Bu, düşmənçiliyin tam açıq bir fazayakeçməsidir. “Kalaşnikov” avtomatı ilə silahlanmış və Yasin Hüseynzadə adlı terrorçu Azərbaycanın ərazisi sayılan səfirliyə hücumu özbaşına edə bilməzdi. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olmuş, iki nəfər isə yaralanmışdır. İranın molla rejimi görün nə qədər mağara təfəkkürü ilə yaşayır ki, müstəqil dövlət olan Azərbaycanın ərazisinə hücum etməyin, ən azı özlərinə dəyəcək beynəlxalq zərbəni belə fikirləşməyib. Bilə-bilə ki, bu hücum bütün beynəlxalq qanunlara və konvensiyalara ziddir, lakin qərarından dönməyib. Məqsəd Azərbaycanın Tehrandakı səfirliyinin bütün əməkdaşlarını və ailə üzvlərini qətlə yetirmək idi. Lakin bu plan səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin sayəsində baş tutmadı. V. Tağıyevin qəhrəmanlığı barədə bir az sonra danışacağam. İndilikdə isə onu demək istəyirəm ki, bütün bu terror əməliyyatı sırf İranın molla rejiminin düşünüb hazırladığı və planlı şəkildə həyata keçirdiyi bir aksiyadır.

Artıq bu terror barədə videogörüntülər bütün sosial şəbəkələrdə yayılıb. Elə bu videogörüntülərdən aydın olur ki, terror əvvəlcədən planlaşdırılıb və molla rejimi tərəfindən həyata keçirilib. Görüntünün birində görürük ki, bu Yasin adlı terrorçu səfirliyin qapısını “quvald”la sındırmağa cəhd edir, lakin alınmır. Sonra rahatca səfirliyin binasına söykədiyi avtomatı götürüb qapıya atəş açır. Sanki həmin küçədə,  yolda, səfirliyin qapısı ağzında heç bir polis və mühafizə xidməti yoxdur. Halbuki səfirliyin qapısı qarşısında dayanan polis bu mənzərəni rahatca seyr edirdi. Yasin isə sanki hansısa bir yoldan keçəcək qaz xətti üçün “preparator”la və “lom”la yol qazır. “Preparator”u qoyub, “lom”u götürür, “lom”u qoyub, “preparator”u götürür. Səfirliyin qapısına da hücumu məhz bu şəkildə davam etdirir. Gah avtomatı qoyub, “quvald”ı götürür, gah da “quvald”ı qoyub, avtomatı götürür. Bu müddət ərzində isə küçədə açılan bu qədər atəşə, səs-küyə bircə nəfər də olsun polis əməkdaşı yaxınlaşmır. Nəticədə səfirliyimizin bir əməkdaşı şəhid olur, iki nəfər isə yaralanır.

Gələk indi yaralılardan biri Vasif Tağıyev haqqında fikrimizə. Çox maraqlıdır ki, bu terror hadisəsi barədə danışan hüquqşünaslar, ekspertlər, politoloqlar, jurnalistlər, ayrı-ayrı Bakı sakinləri bu insanın qəhrəmanlığını qabartmaq istəmirlər. Amma mənim aldığım məlumata görə bütün Avropa mətbuatı və saytları, televiziyaları əliyalın avtomatın üstünə atılan və bununla da onlarla digər soydaşımızı real ölümün pəncəsindən qurtaran Vasif Tağıyevin qeyri-adi bu qəhrəmanlığından ağız dolusu danışırlar, yazırlar...

Bildiyimiz kimi, 44 günlük savaşda ermənilərin üstünə güllələrdən qorxmayaraq, birbaşa gedən qəhrəman oğullarımız var idi. Bu oğullarımız hələ də ermənilərin qorxulu röyasıdır. Bir erməni döyüşçüsünün sosial şəbəkədə söylədiyi heç vaxt yadımdan çıxmaz: “Dünən öldürdüyümüz əsgərin bu gün yenidən üstümüzə gəldiyini gördüm. Ona neçə güllə vurdum yıxılmadı. Bu dəhşətdir. Üstümüzə gəlməkdə davam edirdi. Mən belə şey görməmişdim”.

Bəli, Vasif Tağıyev də o 44 günün qəhrəmanlarından biri kimi düşmənin üstünə yeridi, özü də necə yeridi?  Bu kadrlara hamımız dəfələrlə baxmışıq. Hər dəfə baxanda bu hadisənin qeyri-adiliyinə həm təkrar-təkrar heyrətlənirəm, həm də kövrəlirəm ki, bizim dünyaya göstərəcək Vasif Tağıyev kimi qəhrəmanlarımız hər zaman var. Yəni  igidlərimizin qəhrəmanlığı 44 günlük döyüşlə kifayətlənmir. İstənilən anda, istənilən yerdə yüzlərlə, minlərlə Vasif kimi oğullarımız ortaya çıxacaq və həyatını riskə ataraq, vətənin ərazi bütövlüyünü qoruyacaq, soydaşlarını real ölümün pəncəsindən qurtarmaq üçün terrorçu ilə, düşmənlə çarpışacaq, vuruşacaq və qalib gələcək. Vasif qardaşımız saniyənin onda biri qədər geciksəydi baş verə biləcək faciəni təsəvvür edirsinizmi? Hamının bildiyi kimi, səfirliyin yuxarı mərtəbəsində əməkdaşların ailə və uşaqları qalırdı. Əgər Vasif Tağıyev öz həyatını riskə ataraq, o terrorçunu zərərsizləşdirməsəydi, bu gün faciənin miqyası ölçüyə gəlməzdi. Gördüyümüz kimi, əvvəlcə qəflətən terrorçu ilə üz-üzə gələn iki əməkdaş və Vasif qaçıb gizlənməyə cəhd edir, bu, təbiidir. Çünki üzbə-üz avtomatın qarşısında əliyalın neyləmək olar axı? Əgər Vasif axıracan qaçıb gizlənsəydi heç kəs onu qınamayacaqdı. Amma o belə eləmədi. Əvvəl qaçıb gizləndi və yoldaşlarının atəşə tutulmağını görüb, bir anlıq vəziyyəti dəyərləndirdi və cəld qaçaraq terrorçunun üzərinə qartal kimi şığıdı. Avtomatdan tutsa da, bir neçə atəş yenə açıldı. Əvvəl döşəməyə, sonra  divarlara dəyən atəşin qaldırdığı toz açıq görünürdü. Amma bu ölüm-dirim çarpışmasında pəhləvan oğlumuz Vasif Tağıyev məğlub olmadı. Sonradan aydın oldu ki, terrorçu ilə əlbəyaxa davada çiynindən güllə yarası da alıbmış. Buna baxmayaraq, sona qədər çarpışıb və terrorçunu tərksilah edə bilib.

Bu zaman mən yüngül silahlarla silahlanaraq, dağlardan, sıldırım qayalardan aşıb ermənilərin üzərinə gedərək, əlbəyaxa döyüşlə Şuşanı azad edən qəhrəman oğullarımızı xatırladım. Ermənilər Azərbaycanın ərazi bütövlüyünə qəsd etmişdilər. Necə deyərlər, yad torpağında idilər. Amma bu qəhrəman oğullarımız öz ana torpağından güc alaraq düşmənə elə bir dərs verdilər ki, ömrü boyu onların yadından çıxmaz.

Beynəlxalq qanunlara görə hər bir ölkədə yerləşən səfirlik, onların təmsil olunduğu dövlətin ərazisi sayılır. Terrorçu Yasin Hüseynzadə də Tehrandakı  səfirliyimizə hücum etməklə, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmişdir. Deməli, onun Azərbaycan torpağına göz dikən ermənidən heç bir fərqi yoxdur. Ona görə də əlbəyaxa döyüşlə Şuşanı alan igidlərimizlə Vasif Tağıyev eyni sırada dayanmalıdır. 

Əlbəyaxa döyüşlə Şuşanı alan igidlərimizdən Vasif Tağıyevi qətiyyən ayırmaq olmaz və Vasif də müstəqil dövlətin ərazisinə avtomat silahla hücum edən terrorçunun üstünə əliyalın gedərək, əlbəyaxa döyüşlə onu zərərsizləşdirmiş, bununla da onlarla  səfirlik əməkdaşının həyatını xilas etmişdir. Bu, qeyri-adi bir qəhrəmanlıqdır. Bu qəhrəmanlıq haqqında mütləq əsərlər yazılmalı, sənədli filmlər çəkilməlidir. Mən inanmaq istərdim ki, öz həyatını riskə ataraq, onlarla soydaşımızın həyatını xilas edən Vasif Tağıyevə Azərbaycanın Milli Qəhrəmanı adı veriləcək. O bu adı böyük ölçüdə haqq edib. Bu barədə nə qədər danışılsa, azdır. Amma çox təəssüf ki, bütün yazılarda, çıxışlarda Vasif Tağıyevin bu qəhrəmanlığı barədə ötəri danışırlar. Bu məni çox təəccübləndirir. Axı qəhrəmanlıq gözümüzün qabağında baş verib. Vasif Tağıyev terrorçunun üzərinə atılarkən bilmirdi ki, sağ qalacaq, yoxsa yox? Amma bu insan öz həyatını yox, soydaşlarının həyatını fikirləşdi və heç bir silahsız erməni kimi bir terrorçunun üzərinə yeridi, vuruşdu, çarpışdı və qalib gəldi. Ona görə də bu qəhrəmanlığa dastanlar həsr olunmalı, əsərlər yazılmalıdır.

Amma burada məni bir məsələ də maraqlandırır. İstərdim bu barədə mütəxəssislər buna münasibət bildirsin. Şəhid olan da və iki yaralı da səfirliyin mühafizə xidmətinin əməkdaşlarıdır. Məgər mühafizə xidmətinin əməkdaşlarında silah olmur? Məncə olmalıdır. Olsaydı, Vasif Tağıyev qaçıb qapının dalında gizlənərkən tapançasını çıxartmağa imkan tapardı və terrorçunu yerindəcə məhv etmək üçün şans yaranardı. Amma göründüyü kimi, o silahsız idi. Onun silahı vətənini, torpağını dəlicəsinə sevmək idi ki, bu da ona əlavə güc, cəsarət verdi ki, avtomatlı düşmənin üstünə əliyalın getsin və onu qol gücünə zərərsizləşdirsin. Məni qınamayın, istərdim bu qəhrəmanlıq dərsliklərə salınsın. Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi bu barədə ciddi düşünməlidir... Qarabağ torpaqlarını 44 günlük savaşla azad edən qəhrəmanlarımızla Vasif Tağıyev bir sırada dayanmalıdır. Elə ona görə də baş leytenant Orxan Əsgərova, haqlı olaraq, dərhal şəhid statusu verildi. Vasifə də mütləq Milli Qəhrəman adı verilməlidir. O bunu haqq edir...

V.Tağıyevin bircə səhvi onda oldu ki, həyatını riskə qoyaraq, zərərsizləşdirdiyi terrorçunu, elə öz avtomatı ilə cəhənnəmə vasil eləmədi. Buna görə onu heç kəs qınaya bilməzdi, nə də heç bir cinayət məsuliyyəti daşımayacaqdı. Belə olsaydı, bu gün İranın televiziya kanallarına o terorrçu Yasin Hüseynzadə rahatca müsahibələr verib, İranın molla rejiminin cinayətini, məişət səviyyəsinə endirməklə ört-basdır etməyə çalışmazdı. Deməli, bu terrorçu gədə yerindəcə öldürülməli idi. Amma bu cinayəti İran rəhbərliyi  getdikcə tamam başqa səmtə yönəldir. İranın molla rejimi bu cinayətin altından çıxmağa çalışır. Ancaq bu, mümkün olmayacaq. İranın adı İslam Respublikası olsa da, dünyada terrora dəstək verməklə, Allahın evi olan məscidlərdə donuz saxlayan ermənilərə qucaq açmaqla, nə Allah tanıyır, nə də bəndə. Molla rejiminin tanımadığı o Allah, terror hadisəsindən bir gün sonra, onu cəzalandırdı və İsrailin zərbə PUA-ları İranın dron istehsal edən zavodunu, neftayırma müəssisəsini və silah anbarını darmadağın etmişdir. Yəni buynuzlu qoçun qisası, buynuzsuz qoçda qalmadı. Hələ bu harasıdır? Allah İranı elə bir günə salacaq ki, bəlkə də gətirib axırda Azərbaycana möhtac edəcək. O günlər çox da uzaqda deyil. Allah İranın bu molla rejiminə lənət eləsin.

Elçin MƏMMƏDLİ

elcin-mmmdli