1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

Bəzi sosial şəbəkə istifadəçiləri onun ölümündə şübhəli məqamların olduğunu yazırlar... Hacı Şahinin dəfni də bu səbəbdən bu gün təntənəli-böyük yürüşlə müşahidə edilib. Belə ki, Hacı Şahinin dindaşlarının Mətbuat prospektindən keçərək Yazamal məzarlığına, oradan "Qurd qapısı" qəbiristanlığınadək uzanan kalonu diqqəti çəkib. Həmin marşrut üzrə nəqliyyatın hərəkətində tıxaclar yaranıb...

A.Məmmədli