booked.netbooked.net booked.net  

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı fəaliyyətini və vasitəçiliyini yüksək qiymətləndirir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ideyasını şərh edərkən bildirib.

"Biz cənab Ərdoğanın səylərini, sülhməramlı fəaliyyətini, vasitəçilik xidmətləri göstərmək cəhdlərini və Rusiya-Türkiyə münasibətlərinin inkişafına münasibətini yüksək qiymətləndiririk", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, martın 16-da Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili üçün səylərini davam etdirəcəyinə söz verib.

2022-ci ilin dekabrında Türkiyə parlamentinin sədri Mustafa Şentop “Rusiya və Ukrayna arasında sülhə verdiyi töhfəyə görə” Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etdiyini açıqlamışdı.

Yanvarın sonunda Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da Budapeştin Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin tərəfdarı olduğunu açıqlamışdı.

Martın 17-də Türkmənistanın keçmiş başçısı Qurbanqulu Berdiməhəmmədov bu təşəbbüsü dəstəkləyərək, Türkiyə rəhbərinin bütün müsəlman xalqları üçün sülhün təmin olunmasına verdiyi töhfəni qeyd edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN