Heydər Əliyev adına olan parkda  Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəbrayılovun, müavinlərin və aparatın  digər şəxslərinin  iştrakı ilə keçirilən Novruz Bayramı milli adət-ənənlərimizin nümayişi kimi yaddaşlarda qalacaq

Bütün iqtisadi çətinliklərə baxmayaraq, yurdumuza  Novruz gəlir. Novruz bayramının gəlişi ilə, təbiətlə bərabər, sanki insanlar da dirçəlir, üzlərinin qırışı açılır, hamı sevinir, ilıq yaz günəşi qəlblərə bir istilik verir. Necə deyərlər, yazın gəlişi ilə təbiətlə bərabər insan da canlanır.

Qələbəmizlə başa çatan 44 günlük müharibədən  sonra, artıq üçüncü  Novruzdur ki, xalqımız alnı-açıq, üzü ağ qeyd edir. Çünki 2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da başa çatan 44 günlük döyüşlə, 30 il erməni işğalında olan torpaqlarımız, nəhayət, azad edildi.  Üçüncü Novruz bayramıdır ki, həmin torpaqlarda həyat qaynayır, yazın gəlişini, böyük təntənə ilə qeyd edirik. Bunun üçün ilk növbədə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərə, qazilərə və o odun-alovun içindən qəhrəmanlıqlar göstərib, mözüzə sayəsində salamat qayıdan veteranlara borcluyuq.

Ən böyük minnətdarlıq borcumuz isə bütün torpaqlarımızı işğaldan azad edərək, nəinki Azərbaycanda, hətta bütün dünyada yaşayan azərbaycanlıların başını uca edən Ali Baş Komandan  Prezident cənab İlham Əliyevədir! Bununla bərabər, 44 günlük döyüş zamanı, misilsiz rəşadət göstərən Azərbaycan Ordusuna, onun əsgər, MAXE, gizir, zabit və generallarına alqış deyirik. Məhz, bu igidlərin sayəsində biz, üçüncü ildir ki, azad olunmuş torpaqlarda böyük quruculuq abadlıq işləri yerinə yetiririk. Həmin ərazilərdə də  Novruz şənlikləri böyük təntənə ilə qeyd olunur.

1679055528254

1679055528260

Novruz bayramı eyni zamanda  da Azərbaycanın bütün regionlarında, həmçinin Bakının rayonlarında da yüksək əhval-rühiyyə ilə qeyd edilir. Belə  Novruz bayramının keçirilməsini izləmək üçün Nizami rayonunda yerləşən Heydər Əliyev parkında olduq.  Parkda əsl qələbəlik yaşanırdı. Həm milli geyimli oğlan və qızlar, həm də milli musiqi alətləri, eyni zamanda qədim milli məişət avadanlıqları  hər kəsin diqqətini çəkirdi.  Elə bil parkın hər bir guşəsində müxtəlif məzmunlu  belə pavliyonlar açılmışdı.  Bu pavliyonların birində misdən hazırlanmış  qədim   ev əşyaları nümayiş olunur. Başqa birində pəhləvanlarımız qədim oyunları göstərir, güclərini nümayiş elətdirirdilər.  Bir tərəfdə  sazda gənc aşıqlar çalıb oxuyur, digər tərəfdə gənc məktəbli qızlar, milli geyimlərdə folklor nümunələrindən ibarət bayatılar söyləyirdilər. Parkın bir hissəində quraşdırılmış kanatın üstündə kəndirbaz öz məharətini göstərirdi.  Bütün bunlara baxmaq üçün uşaqlı-böyüklü gələn insanların sayı-hesabı yox idi. Fəvvarələrin  foununda  Novruz tonqalının yandırılması isə başqa bir zövqverici mənzərə idi. 

Əlbəttə, insanların Novruz bayramı ərəfəsi belə şənlənməsinin təşkilatçısı Nizami Rayon İcra Hakimiyyəti idi.  Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəbrayılov, müavinləri və aparatın  digər şəxslərin özləri  tamaşaçı qismində, bütün bunları izləyirdilər. C.Cəbrayılov və onunla gələn rəsmi şəxslər, həmçinin qazilər və müharibə veteranları gənc məktəbli qızların  “Akışta” sədaları altında bayatılar deyib, rəqs etmələrinə, iki məktəbli oğlanın-Keçəl və Kosa  rolundakı  ifalarına çox maraqla  baxdılar.

Nizami rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədri, ehtiyyatda olan polis mayoru Yəhya Ağayev də bu bayramın təşkilində öz fəallığı ilə seçilirdi. Y.Ağayev  birliyin bütün üzvlər olan veteranların istirahətini təşkil etmək üçün bu şənliyə dəvət etmişdi  və onların hər biri, böyük məmuniyyətlə Novruz  şənliyində iştirak edirdilər. 

1679055528250

Y.Ağayev bizimlə söhbətində qeyd etdi ki, belə kütləvi tədbirlərin təşkilində, rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəbrayılovun böyük xidməti var:  “Gördüyünüz kimi, bu boyda parkda iynə atsan yerə düşməz. Ona görə ki, rayon sakinlərinin gərgin əməkdən sonra belə istirahətə böyük ehtiyacları var. Gənc balaların isə, üzlərində bu qədər sevinci görmək, biz böyüklər üçün olduqca xoşdur. Baxın, valideynlər hamısı bura uşaqla gəliblər. Bu, çox doğru addımdır. Çünki belə milli bayramları, adət-ənənələri gələcəkdə məhz, bu uşaqlar yaşadacaqlar.  Parkın hər bir güşəsində yerləşmiş və  milli adət-ənənələrimizi əks etdirən, bu mənzələlər balaca uşaqların yaddaşından heç vaxt silinməyəcək.  Rayon İcra  Hakimiyyətinin başçısı hörmətli Ceyhun müəllim, gördüyünüz kimi sakinlərin arasındadır. Bu da onun sadəliyindən və rayon sakinlərinə olan hörmətindən irəli gəlir. Elə Ceyhun müəllimin də çalışdığı o idi ki, rayonun bütün sakinləri, bu əziz bayram günündə yaxşı istirahət edib, mənəvi zövq ala bilsinlər.  İnsanların üzlərindəki, sevincə baxanda,  məqsədimizə çatdığımızı düşünürük”.

Y.Ağayevlə söhbətdən sonra, Heydər Əliyev parkının hər tərəfini gəzdim və müxtəlif şəkillər çəkdim. Doğrudan da, iqtisadi durumun bir qədər çətin olmağına baxmayaarq, insanların hər biri sevinir, deyib-gülürdü.  Sakinlərin bir neçəsi ilə söhbət etdim. Hər biri, böyük inam və arzu ilə   bildirdilər ki, tezliklə belə bir Novruz şənliyini Xankəndidə, Xocalıda, Ağdərədə və Şuşanın hələ  də ermənilər yaşayan kəndlərində qeyd etmək istəyirik. Elə  mən də  bu arzu ilə sakinlərdən ayrılıram.

Bəli, əziz oxucularımız, mən də inanıram ki, çox qısa bir zamanda Ali Baş Komandan  Prezident cənab İlham Əliyevin bacarıqlı sərkərdəliyi,  Ordumuzun rəşadəti,  əsgər,  zabit və generallarımızın qəhrəmanlıqları sayəsində  Xankəndidə, Xocalıda, Ağdərədə və digər ermənilər yaşayan ərazilərdə Azərbaycan bayrağı  dalğalanacaq.  Həmin yerlərdə də xalqımız Novruz şənlikləri keçirəcək  və müxtəlif toy-bayramlara şahidlik edəcəyik.  Novruz  bayramınız  mübarək olsun!

Elçin MƏMMƏDLİ

1679055799786

1679055856528

1679055856534

1679055799790

Pin It

Jurnalistler



Vizual Xəbərlər