booked.netbooked.net booked.net  

Martın 17-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM)  Qəbələ rayonu ilə birlikdə  DAMM-ın «Azərbaycan» nəşriyyatındakı Mətbuat Evində Novruz bayramı tədbiri təşkil edib.

  Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1- ci vitse prezidenti Ruhiyyə Poladova, DAMM ekspertlər şurasının sədri Nəzakət Əhmədova, DAMM Qəbələ rayon reginol sədri Təranə Alməmmədova, koordinatoru Samir Orucov, "44 Gündə Qızıl Tarix Yazanlar" layihəsinin rəhbəri Xəyal Məmmədəliyev, Qəbələ rayonundan və Bakı şəhərindən olan şəhid ailələri - Üzeyirova Vüsalə, Üzeyirov  Müşfiq, Üzeyirova Nərmin, Atakişiyev Arifə, Bayaramova Gülarə, Rəhimova Şərafət, Məmmədova Həzin, Mustafayeva Könül, Mustafayeva Sədaqət, Abdurahmanova Elmira, Babayeva Əsli, Babayeva Fatma,Yusifova Xədicə, Bayramova Dilbər, Şirinov Həsrət, Şirinova Şəhla, Mələk Əsədova və digər şəhid ailələrinin üzvləri, qazilər, zabitlər, həmçinin Qəbələ rayonundan Lalə Asif qızı şagirdləri ilə, Qəbələ TV çəkiliş qrupu, media nümayəndələri, bədii qiraət ustaları, müğənnilər iştirak ediblər.

 Bayram tədbirində əvvəlcə Azərbaycan respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə DAMM-ın 1- ci vitse prezidenti Ruhiyyə Poladova çıxış edərək şəhid analarını salamlamış, onların övladlarının Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldıqlarını söyləmiş, onlara minnətdarlıq etmişdir və sözü şəhid anaları adından çıxış etmək üçün Gülgəz anaya vermişdir. O, tədbirin təşkilatçılarına minnətdarlıq etmiş, övladının Vətən yolunda şəhid olduğunu bildirmişdir.

ruhiyye-dam

Digər çıxışçılar da torpaqlarımızın Ermənistan tərəfindən 30 il işğal altında saxlanmasından, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsindəki Zəfər Qələbəsindən bəhs etmiş, şəhidlərə rəhmət - qazilərə şəfa arzulamışlar.

Tədbirin bədii hissəsində aktyor, əməkdar artist Vaqif Kərimov, Əliqulu Səmədov, Xudafərin teatr rəhbəri Günel Əmirova, mügənnilər - Əməkdar artist Səlim Abbasov, Mətanət Əsədova, Təranə Vəlizadə, Canan xanım, Qəbələ rayon Vəndam qəsəbə sakini Ayla Abdurahmanova və digərləri çıxış etmişlər.

damm5

Daha sonra Qəbələdən gələn rəssam Lalə Asifqzıının şagirdlərinin çəkdiyi şəhid şəkillərinin sərgisi nümayiş etdirilmişdir.

 damm1

 Şəhid anaları övladlarının şəkillərini  çəkdiklərə görə şagirdlərə - gənc rəssamlara təşəkkür etmiş, onlara fəxri diplomlar təqdim edilmişdir.

 Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.

d

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN