... Düz otuz iki ildir ki, canlı şahidi olduğum  O  GECƏdən yazmaq istəyirəm.

Hər dəfə qələmi əlimə alıram. Amma yaza bilmirəm. Düz otuz iki ildir qələmi götürürəm, yazmaq istəyirəm, amma o vəhşəti, o dəhşəti, o müdhiş gecəni təsvir etməyə Azərbaycan türkcəsi kimi zəngin leksik lüğətə malik dildə yetərincə sözlər toplusu tapa bilmirəm.
        Bu dəfə qələmi götürmədim. Kompüterin önünə keçdim. Bəlkə sivilizasiyanın ən son texniki yeniliklərindən olan bu avadanlıqda, barmaqlarımla  O  GECƏni təsvir edə bilmək düşüncəsi ilə söz tapa biləcəyimi güman etdim. Qalaq-qalaq kitablara sığması mümkün olmayan  O  GECƏdən beş-altı səhifəlik bir yazı yazmağa qərar verdim. Amma yenə alınmadı. Yenə O  GECƏni olduğu kimi təsvir etməyə sözlər toplusu tapmaqda zorlandım. Sonra qərara gəldim ki, o gecənin içimdəki təlatümünü kiçik bir yazı ilə də olsa səhifəyə töküm...
         O  GECƏ  dünya yatmışdı. Sadəcə, yuxuya getməmişdi, gözləri açıq idi dünyanın. Amma görmürdü, bəlkə də görmək istəmirdi. Görmək istəsə də güc sahibləri görməyi qadağan eləmişdi dünyaya. Gözləri açıq olsa da görməyən, görmək istəməyən, görməsi qarağan edilən dünyanın sadəcə iki deyil, beş, on...min  üzü olduğunu yəqin elədik O  GECƏ!
          Kürəmizin ən vəhşi canlılarının belə törətmədiyi dəhşətləri törədən, adına insan dediyimiz cütayaqlı məxluqun bu qədər amansız, bu qədər qəddar olduğu heç bir kitabda yazılmayıb. Fəqət ən qorxulu nağıl-kitablarda belə təsvirinə rast gəlmədiyimiz qan donduran əməllərin şahidi olmaq qədər böyük faciə yoxmuş. Düz otuz iki ildi hələ də içimdə və içimizdə gəzdirdiyimiz, bir an belə unuda bilmədiyimiz  O  GECƏnin tükürpədən dəhşətli səhnələrinin təsirindən çıxa bilmirik.

xocal

 Təkcə kürəmizdə deyil, kainatın bütün qalaktika dünyasını idarə edən ulu qüdrətin – tanrının özü də bəlkə yuxuya getmişdi O  GECƏ?!. Milyon illərdir yaratdığı, idarə etdiyi kainatın sahibi olan o ilahi varlıq da, mələkləri də görmədi  O  GECƏdə baş verənləri. Görsəydi onu törədənləri, bəlkə bütün insanlığı silərdi yer üzündən. Görmədi, tanrı da, mələkləri də görmədi  O  GECƏni. Kainat sahibinin milyon illər ərzində bir dəfə yuxuya getdiyini görüb göylərdən yerə enən insanlıq qənimi iblislər yerdəki xislətdaşları haylarla birləşmişdi, birləşib də insanlıq tarixinin ən qanlı səhifəsini yazmağa qərarlaşmışdı O  GECƏ!

 Dünyanı insanlıqdan çıxarıb da iblisləşdirməyə çalışan göylərin iblisləri, yerdəki ən yaxın “silahdaşları”nın haylar olduğunu kainata göstərdilər  O  GECƏ! “Başlarında baş olmayan başçılar”ının başı vəzifəyə, kürsüyə, dünya malına qarışan bir millətin yaranışından ötən min illər ərzində ən böyük vəhşəti yaşadığı gecə idi O  GECƏ!
       Hansı canlı varlıq öldürdüyü ananın bətnindəki körpəni ananın bətnindən  çıxarar, onu süngüyə keçirib göydə oynadar? Hansı canlı varlıq dünyaya yeni göz açmış fidan balaları dəmir turbanın içinə doldurub, dağın başından üzü aşağı yuvarlayar? Hansı canlı varlıq qadınların, uşaqların kürəklərinə qaynar su ilə dolu samovarı bağlayıb onları rəqs etməyə məcbur edər? Silahsız, müdafiəsiz, günahsız insanların yaşadığı bir şəhərə hansı ikiayaqlı məxluq tanklarla, toplarla, raketlərlə hücum çəkər, qarşısına keçən hər kəsi güllə-batan edər?  

 İnsan adlanan hansı məxluq atanın, ananın gözləri qarşısında övladının, övladın gözləri qarşısında ata-ananın, bacının gözləri qarşısında qardaşın başını kəsər? Hansı məxluq qardaşın, atanın gözləri qarşısında bacıya, qıza...
         Onu yazmadım. Yaza bilmədim. Yazdığım bu dəhşətlərin qisası alınsa da,  günahsız qurbanların qanı yerdən qaldırılsa da, çox şeyləri unutmağı bacarsaq da, yazmadığım, yaza bilmədiyim ilikləriizə qədər işləyən o dəhşətləri unuda bilmirik... Unuda da bilməyəcəyik. Tanrı bizi iblislərin yerdəki nümayəndələri ilə qonşu yaşamağa məcbur etsə də, o faktları, istəsək belə, unuda bilmərik. Unutmayacağıq da...Yazmasaq da, deməsək də, qan yaddaşlarımızda əbədilik qalacaq o qansızlığı unuda bilmərik, unutmağa haqqımız da yoxdu...
        Səksən ildi ki, dünya faşizmdən, faşistlərin qeyri-insani vəhşiliklərindən yazır, deyir, filmlər yaradır. Amma faşizmin zülmlərini  birəbeş böyüdərək təsvir edən faşizm düşmənləri belə  O  GECƏdə baş verənlərə bənzər bir nümunəni təsvir etməyiblər. Edə bilməzdilər də... Çünki faşistlər belə günahsız körpələrə, qadınlara, ayaq üstdə güclə duran ahıl qocalara əl və silah qaldırmayıblar. O  GECƏ isə bütün bunlar, hələ deyə bilmədiyimiz, deməyə dilimizin var gətirmədiyi, təsvirinə söz tapa bılmədiyimiz  nələr, nələr baş vermədi,  O  GECƏ?...
       İlahi qüdrətin də görə bilmədiyi  O  GECƏni üzünün sayı-hesabı bilinməyən indiki dünyamızın hələ də görmək istəməməsinin mənasını necə anlayaq görəsən? Bəlkə bir gün o iblislər göydən enib də firənglərin, ya da qərbin bəzi-bəzi kor başçıları olan millətlərinin başına gətirsələr bu vəhşəti, yenəmi susarlar? Tarixdə heç vaxt olmayan, saxta, uydurma “erməni qenosidi” üçün göz yaşı tökən böyük güclər, nədən videolarla, fotolarla, canlı şahidlərlə sübut olunan bu vəhşətə sıradan bir hadisə kimi baxırlar? 
        Unudulmayan, unudulması mümkün olmayan  O  GECƏnin, -  1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecənin  qisası alınmaqdadır. Fəqət biz iblis xislətlilərdən fərqli olaraq bu qisası qadınlardan, uşaqlardan, ahıllardan deyil, onu törədənlərdən alırıq. Qiyamətə qalmayan qisasın ünvanı olan iblis dostlarının böyük bir qismi bu gün əlimizin altında inləməkdədir. Hələ inləyənlər çox olacaq. Çünki illər boyu sahibsiz qalan bu millətin sahibi var artıq...     

Təhmasib NOVRUZOV     

(Xüsusi olaraq "Təzadlar" üçün)