Bakıda yaşayış binasının lifintdə qəza baş verib.

TEZADLAR.AZ xəbər verir ki, hadisə ötən gün axşam metronun  “Həzi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində baş verib. Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Xəsarət alanlardan ikisi uşaqdır. Xəstəxanaya yerləşdirilən 8  nəfərdən 7-si Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 7 nəfəri ilkin tibbi yardımdan sonra öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar. 8-ci şəxs isə əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub.

https://newstube.az/videos/169082/

Xatırladaq ki, bir neçə ay öncə adı çəkilən MTK-nın tikdiyi  - Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı binanın liftində də qəza baş vermişdi. Baş verən həmin  qəzada 4 nəfər xəsarət almışdı.

Ötən il isə Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının  sakinləri istismarda olan liftidən şikayətçi idilər.

Belə ki, FHN -ə “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaşlar tərəfindən müraciət edilmişdi. 

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilmiş və baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunmuşdu.

Həmin liftin vaxtilə “İrəvan SSR” lift zavodunun istehsalı olduğu üzə çıxmışdı...

Göründüyü kimi, Xudu Məmmədov küçəsində yerləşən binadakı liftin qırılması,  “Şərur” MTK-ya məxsus binalardakı nə ilk hadisədir və belə davam edərsə, sonuncu da olmayacaq....

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA