booked.netbooked.net booked.net  

“Soçi görüşünün uğurlu nəticələri nəinki yeniləşən Azərbaycanın, bütöv regionun dünəni ilə sabahı arasında bir körpüdür və postmüharibə dövrü üçün nəzərdə tutulan bütün plan-layihələr onun möhkəmliyindən, davamlılığından asılıdır”.

Bu sözləri MƏQAM MEDİA GROUP-un təsisçisi Qorxmaz Heydərov Soçi bəyanatının müddəalarını şərh edərkən söyləyib.

O, sənədi imzalayan dövlətləri həmin möhtəşəm körpünün dirəklərinə, razılaşma bəndlərini isə tağlarına bənzədərək, yalnız bir tərəfin – Ermənistanın daim cığallıqla üzərinə düşən yükü daşımaqdan imtinasını,lakin indikiməqamda öhdəliklərinicrasının vacibliyini dilə gətirib: “Rusiya məsələdə vasitəçidir və xırda nüanslar nəzərə alınmasa, missiyasını normal şəkildə yerinə yetirməyə çalışır. Azərbaycan qalib tərəfdir, amma öz ərazilərindən başqa bir qarış torpağa belə, iddialı deyil, bölgədə sülh və əminamanlığın qorunub saxlanılmasına böyük töhfələr verir. Hər iki dövlət tərəqqi yolunda irəliləməkdən əlavə, mənasız “dənizdən-dənizə” xülyası ilə problemlər girdabında çabalayan bədnam qonşularına da kömək əli uzatmaq, onu iqtisadi gerilikdən qurtarmaq, beynəlxalq loqistika marşrutlarına qoşmaq, dünya bazarlarına çıxarmaq niyyətindədirlər. Çox təəssüf ki, İrəvandakı quldur rejimlə onu dəstəkləyən terrorçu revanşist qüvvələr xeyirxah təkliflərdən birmərrə imtina edərək, işsiz, səfil, ac-yalavacerməni xalqını daha da bataqlığın dibinə çəkirlər.”

Q.Heydərov ümumilikdə bəyanatın əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Ermənistan respublikaları arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərəstart veriləcəyini alqışlayıb: “İndiki şəraitdə bölgədə sülh və əminamanlığa erməni təhdidlərini dayandıracaq, təmas xəttində hər cür daşnak təxribatlarını önləyəcək, Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin təhlükəsizliyini təmin edəcək addım budur. Çünki 44 günlük Vətən savaşında müzəffər ordumuzun hücumları qarşısında qaçıb dağılan 5-6 dığa indi sülhməramlılara güvənərək günaşırı yolumuz üstə çıxıb bir post qururlar ki, bura bizimdir. Delimitasiya prosesləri onsuz da heç zaman ermənilərin olmayan torpaqların hüdudlarını – məğlub Ermənistanın sərhədlərini müəyyənləşdirməklə gözlənilən qarşıdurmaların, qanlı hadisələrin qarşısını ala bilər.”

Müsahibimiz Soçidə imzalanmış üçtərəfli sənədin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan qaynaqlanan vəzifələrin həllini tezləşdirəcəyinə, rəsmi İrəvanın məsuluyyətini artıracağına ümid ifadə elədi və dövlətimiz, ölkəmiz, xalqımız üçün xeyirli-uğurlu olmasını arzuladı.

Qurban Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN