“Nikol Paşinyan rejimi nəyin bahasına olursa olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə onu ələ keçirməyə çalışır”. Bunu "Sputnik Armeniya" yazır. Müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Keçmiş dövlət başçısı qeyd edib ki, Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə eyni üsullarlara hakimiyyəti ələ keçirməyə çalışır. “Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi yeni fəlakətlərdir. Çıxış yolu tapmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür”, - deyə Ter-Petrosyan bildirib. Onun sözlərinə görə, hazırda cəmiyyətin qalan hissəsinin vəziyyətə təsir rıçaqları yoxdur. “Siyasi elm və informasiya sahəsində fəal aktyorlar demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir”, - Ermənistanın eks-prezidenti yekunlaşdırıb.

Paşinyan isə hakimiyyəti belə boşboğazlara və Ermənistanı qırx arşın quyunun dibinə salmış cütlüyə vermək fikrində deyil. Bunu heç Rusiya da istəmir...

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA