Yanvarın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

İclası açan komitə sədri Hicran Hüseynova Milli Məclisin 2022-ci il yaz sessiyasında deputatlara uğurlar arzulayıb. Yola saldığımız 2021-ci ildə də Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyi, qətiyyətli və uzaqgörən siyasəti sayəsində uğurlar əldə etməsindən danışan Hicran Hüseynova Qarabağ və Şərqi Zəngəzurda gedən böyük quruculuq işlərindən bəhs edib. Komitə sədri 30 il doğma yurd həsrəti ilə yaşayan insanların tezliklə öz evlərinə qayıdacağına inamını ifadə edib.

İclasın gündəliyi barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, gündəliyə 2021-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabat, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı və cari məsələlər daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edən komitə sədri bildirib ki, Ailə, qadın və uşaq məsələləri komitəsi hesabat dövründə 10 iclas keçirib və 16 məsələyə baxıb. Hesabat dövründə komitə həmçinin “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans və “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirib.

Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn qaydada görüşlər keçiriblər, müzakirələr aparıblar, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.

Bu dövrdə komitəyə vətəndaşlardan 153 müraciət daxil olub. Həmin müraciətlər təhlil olunaraq müvafiq tədbirlər görülüb.

Komitənin 2022-ci ilin yaz sessiyasında işlər planının təqdimatında Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada komitəyə daxil olan sənədlərin, müraciətlərin, qanun layihələrinin müzakirəsi və ekspertizası, ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, müvafiq müzakirələrin və dinləmələrin təşkil edilməsi nəzərdə tutulub.

Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlardan Tamam Cəfərova, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Könül Nurullayeva, Sevil Mikayılova, Nigar Arpadarai komitənin ötən sessiyadakı işi və yaz sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.

Deputatlar komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatını məqbul sayıblar və 2022-ci ilin yaz sessiyası üçün işlər planını təsdiq ediblər.

Sonra iclasda cari məsələlərin müzakirəsi başlanıb. Komitə sədri Hicran Hüseynova, komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Ramin Məmmədov, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Müzakirələrdə ailə məsələləri, qadın və uşaq hüquqlarının təmin edilməsinin aktual məsələləri nəzərdən keçirilib. Deputatlar qadınların məşğulluğu, şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsinin dəstəklənməsi, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı fikirlərini səsləndiriblər.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA