Prezident Meida haqqında Qanunu imzaladı və bu artıq jurnalistlər və media yaradıcıları qarşısında yeni vəzifələrin qoyulması deməkdir...

Bu məsələdə ən vacibi Media Reyestrinin yaradılmasıdır. Media Reyestri isə 6 ay müddətində yaradılacaq. "Təzadlar" xatırladır li, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərmanla imzaladığı “Media haqqında” qanunda əksini tapıb. Fərmana əsasən, Medianın İnkişafı Agentliyi Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin etməli və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

İnanırıq ki, yeni qanun yeni reallıqları ortaya qoyacaq, jurnalistikamızın ənənəvi və müasir nüfuzu dünyəviləşəcək...

A.Məmmədli