“Altmış beş yaşına çatma ilə bağlı əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə nəzərdə tutulur”.

Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, özəl şirkətlərdə belə bir tələb mövcud deyil: “Lakin işçinin səhhətinin ətrafa və onun özünə zərər verəcəyi hal müəyyən olunarsa, tərəflər razılaşdığı halda əmək müqaviləsinə xitam verilə bilər” - o deyib.

E.ŞİRİNOV