"İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsi başlanılıb".

Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır.

“Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır", - deyə S.Babayev əlavə edib.

Nazir vurğulayıb ki, mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

E.ŞİRİNOV