Rus ordusu itki verməkdə və Ukrayna silahlıların müqavimətinə dözümsüzlük nümayiş etdirməkdə davam edir...

Bu azmış kimi, Ukrayna ordusu atıq Rusiya Silahlı Qüvvələrinin üzərinə “Molotov” kokteylini (yandırıcı butulka) ata bilən dron hazırlayıb. Kiçik artıma malik dron Ukraynanın ərazisi Müdafiə qüvvələri üçün hazırlanıb. Dörd pəri olan dronun mərkəzində “Molotov” kokteylini horizontal şəkildə saxlamaq üçün yer var. Dron hədəfə yaxınlaşaraq göydən hədəfin üzərinə həmin yandırıcı butulkanı atır. Ukrayna mediası məlumat verir ki, dron artıq sınaqdan çıxarılıb və əla nəticə göstərməkdədir. Bu isə o deməkdir ki, Rusiyanın quru qoşun hərbçilərini heç də yaxşı hal gözləmir. Artıq bu gün ukraynalı hərbçilər həmin dronların sayəsində 3 rus tankını ələ keçiriblər.

Sevinc MURADXANLI