booked.netbooked.net booked.net  

“Bu vəzifələri hörmətli edən elə Sizin şəxsiyyətinizdir” 

Hüquqşünas, fəlsəfə doktoru Aslan İsmayılov sosial şəbəkə hesabında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş, Xalq rəssamı Ömər Eldarovu və Azərbaycan Yazıçılar Birliyinin sədri,  Xalq yazıçısı Anarı yaşları ilə bağlı istefaya getməyə səsləyib.

 “Cəmiyyətdə formalaşmış fikirdən və şəxslərinə olan hörmətimdən dolayı yazıçı Anara və heykəltaraş Ömər Eldarova müraciət etmək qərarına gəldim.

Hörmətli Ömər müəllim və Anar müəllim!

Siz hər ikiniz öz fəaliyyətinizlə Azərbaycan xalqına mənəvi miras qoymuş, cəmiyyətimizin maariflənməsində xüsusi rol oynamış böyük şəxsiyyətlərsiniz. Əminəm ki, bundan sonra da Vətənimizə və Xalqımıza böyük töhfələr verəcəksiniz. Hər dəfə mətbuatda və danışıqlarda Sizin bu yaşınızda da vəzifədə olmağınızla bağlı xoşagəlməz söhbətlər eşidəndə çox üzülürəm və bilirəm ki, bu vəzifələrə Sizin ehtiyacınız yoxdur. Əksinə, bu vəzifələri hörmətli edən elə Sizin şəxsiyyətinizdir. Ona görə də xoşagəlməz söz-söhbətlərə son qoymaq üçün xahiş edirəm ki, vəzifənizdən istefa verin. Əminəm ki, elə Sizin yazıçı, şair, heykəltəraş yetirmələriniz o vəzifələri ləyaqətlə icra edəcəklər. Sizlər isə həmin təşkilatların fəxri üzvləri kimi öz məsləhətlərinizlə yerinizə gəlmiş şəxslərin uğurlu fəaliyyətinə kömək edəcəksiniz.

Sizin bu addımınızın ölkəmiz üçün çox faydalı olacağına əminəm. Ona görə ki, bu gün yaşı 70-i, 80-i keçmiş bir çox şəxslər gənclərimizin qarşısında bir sədd kimi dayanıblar. Özü də həmin şəxslərin əksəriyyəti Sizin kimi yaradıcılıq sahəsində yox, ölkə iqtisadiyyatının idarəçiliyində mühüm vəzifələr tuturlar. Hərçənd ki, Siz məndən də yaxşı bilirsiniz ki, idarəçi məmur üçün təcrübədən də çox əhəmiyyət kəsb edən çeviklik, yeni düşüncə, fiziki hazırlıq və s. xüsusiyyətlər daha önəmlidir. Bəlkə Sizin bu addımınızdan sonra on illərdir kresloda oturub gənclərimizin qarşısında bir sədd olan yaşlı məmur təbəqəsi də vicdana gəlib istefa verələr”, -deyə  Aslan İsmayılov bildirib.

 Xatırladaq ki,  məşhur heykəltəraş Ömər Eldarov 1927-ci il dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. 

 Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib.

O, Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəllərinin, prezident Heydər Əliyevin, Üzeyir Hacıbəyovun, Səttar Bəhlulzadənin, Süleyman Rəhimovun, Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrinin müəllifidir.

Və hazırda Ömər Eldarovun  95 yaşı var.

Yazıçı, şair, tərçüməçi, ssenarist Anar (Rzayev) 1938-ci il martın 14-də Bakı şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Yazıçının 84 yaşı var.

Və hər iki məşhur dövlətimiz tərəfindən çoxlu sayda mükafatlarla təltif olunublar.  

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN