Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayır.

Tezadlar.az-ın xəbərinə görə, sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edəcək. IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edəcək. Panellər formasında təşkil olunacaq tədbir çərçivəsin