Rusiya Prezidenti Vladimir Putin bu gün onu əsəbləşdirən bir məsələyə xüsusi önəm verib.

Prezident ABŞ-ın “Soyuq Müharibə”də qələbəsindən sonra özünü Allahın Yerdəki elçisi kimi apardığını, lakin daim öz maraqlarını nəzərə aldığını deyib. Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən ABŞ-ı bəzi məsələlərə məsuliyyətsiz yanaşdığını da deyib. “Birləşmiş Ştatlar “Soyuq Müharibə”də qələbəsini elan edəndən sonra özünün Allahın Yerdəki elçisi olduğunu bəyan edib. Hansı ki, heç bir məsuliyyəti yoxdur, ancaq maraqları var. Özü də bunun müqəddəs maraqlar olduğunu elan edirlər”.

Ukraynada müharibə başlayandan Rusiya məhz ABŞ-ın tövsiyəsi ilə sanksiyalar girdabında boğulur. Bütün bunların başında isə ABŞ prezidenti Co Bayden dayanır.

Sevinc MURADXANLI