Qazaxıstanın Maliyyə Nazirliyi 

Qazaxıstanın Maliyyə Nazirliyi Rusiya və Belarusa Qərbin sanksiyaları şamil olunan məhsulların tədarükünü qadağan edən əmr layihəsini dərc edib. Xəbəri çərşənbə günü Rusiya KİV-ləri yayıb.

Hələlik yekun qərar qəbul edilməyib, baxmayaraq ki, bir müddət əvvəl prezident də daxil olmaqla, ölkə rəsmiləri Qərbin sanksiyalarına riayət etmək məcburiyyətində olduqlarını bəyan ediblər.

Kremldə isə hesab edirlər ki, belə bir şey baş verməyəcək. Prezidentin mətbuat katibi Peskov bildirib ki, iki ölkə hökuməti daim əlaqə saxlayır, tərəflər qarşılıqlı fəaliyyəti inkişaf etdirmək niyyətlərini bəyan edirlər.

Onu da qeyd edəkki, Rusiya Qazaxıstan neftinin KTK boru kəməri ilə Novorossiyskə nəqlini bir ay müddətinə dayandırıb. Səbəb kimi ekoloji problemlər göstərilib.

Xatırladaq ki, bu boru kəməri ilə Qazaxıstan neftinin 70%-i beynəlxalq bazarlara ixrac olunur.

E.ŞİRİNOV        


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA