Xəbər verildiyi kimi, dünən Qazaxda iki nəfər Kür çayında batıb.

Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.Təzadların verdiyi məlumata görə, meyti tapılan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğludur.

2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam edir.

Qeyd edək ki, həmin şəxslər Kürdə çimən zaman boğulublar.