booked.netbooked.net booked.net  

Hər il dünyada orta hesabla 84 tropik siklon cərəyanı yaranır. Statistik məlumatlara görə, son 50 ildə bu siklonlar orta hesabla gündə 43 şəxsin ölümünə səbəb olur, onların hər gün vurduğu maddi zərərin məbləği 78 milyon dollara çatır. Son illərdə belə təbii fəlakətlər riskinin daha mükəmməl proqnozlaşdırılması sayəsində ölənlərin sayı kəskin şəkildə azalıb.

Ümumdünya Meteorologiya Təşkilatı xəbər verir ki, ABŞ-dan olan sinoptiklər siklonik aktivliyə təsir göstərən bəzi amilləri nəzərə almaqla qasırğalar barədə proqnoza düzəliş ediblər. Yeni proqnoza görə, Atlantikada qasırğalar mövsümü ehtimalı 60 faizə qədər azalıb. Xatırladaq ki, may ayında dərc edilmiş proqnozda bu göstərici 65 faiz idi. Ekspertlər builki qasırğalar mövsümünün normal mövsümə yaxın olması ehtimalını 25 faiz, aktivliyin normadan aşağı olması ehtimalını 10 faiz qiymətləndirirlər.

Qasırğalar mövsümü 6 ay davam edir və noyabrın 30-da başa çatır. 2022-ci il üçün yenilənmiş proqnozda 14-20 fırtına ehtimalı proqnozlaşdırılır. 6-10 fırtınanın qasırğaya, o cümlədən 3-5 fırtınanın güclü qasırğaya çevrilməsi gözlənilir.

Cari mövsümün əvvəlindən indiyə qədər Atlantika hövzəsində 3 fırtına olub, qasırğa olmayıb. Orta mövsümdə 14 fırtına, 7 qasırğa baş verir. Bu proqnoz ümumi mövsümi aktivliyə aiddir. Fırtına və qasırğaların quru əraziyə çıxıb-çıxmayacağı əsasən qısamüddətli hava şəraitindən asılıdır. Hazırda fırtınanın sahil xəttinə çatması ehtimalını yalnız 1 həftə müddətində qabaqcadan söyləmək mümkündür.

2020-ci və 2021-ci illərdə qasırğalar mövsümü həddən artıq fəal olub, nəticədə sinoptiklər Ümumdünya Meteorologiya Təşkilatının rotasiya siyahısında qasırğalar üçün nəzərdə tutulan bütün adlardan istifadə ediblər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN