booked.netbooked.net booked.net  

Rusiyanın Ukraynaya hücumundan bəri ən azı 6 rus komandiri vəzifəsindən çıxarılıb, 10 rus generalı isə həlak olub.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin ötən günkü kəşfiyyat icmalında deyilir.

Ukraynanın işğalı zamanı Rusiya silahlı qüvvələrinin zəif fəaliyyəti Rusiya hərbi liderlərinə baha başa gəlib və ehtimal ki, 2022-ci ilin fevralında hərbi əməliyyatların başlanmasından bəri ən azı altı rus komandirinin işdən çıxarılmasına gətirib çıxarıb.

Söhbət, xüsusilə Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirlərinin işdən çıxarılmasından gedir.

Belə ki,general-polkovnik Aleksandr Çayko 2022-ci ilin mayında Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən azad edilib.

2018-ci ildən Qərb Hərbi Dairəsinin komandiri olan general-polkovnik Aleksandr Juravlyov 2022-ci il iyulun 31-də Sankt-Peterburqda keçirilən Rusiya HDQ Gününün bayramın tədbirində iştirak etməyib və böyük ehtimalla onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

General Aleksandr Dvornikov isə Ukraynadakı əməliyyata ümumi komandanlıq verildikdən sonra vəzifəsindən uzaqlaşdırıldı, general Sergey Surovikin isə Cənub Qüvvələr Qrupunun komandanlığını general Gennadi Jidkodan aldı.

"Bu ixtisarlar ən azı 10 rus generalının Ukraynadakı döyüş meydanında həlak olması faktını daha da gücləndirir”, - hesabatda deyilir.

Xəbər verildiyi kimi, ABŞ-da Rusiya Federasiyasının Ukraynadakı müharibədə hər gün yüzlərlə hərbi qulluqçusunu itirdiyini deyirlər.

Britaniya kəşfiyyatının avqustun 6-da verdiyi məlumata görə, Rusiya Federasiyası qoşunlarını kütləvi şəkildə cənuba köçürür, müharibənin yeni mərhələsi başlayır...

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Və təəssüf ki, “xüsusi hərbi əməliyyatlar” adlandırılan bu müharibə hələ də davam edir...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN