""Kontakt Home", mənim soyuducumu qaytarın!"

Bu çağırışla "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rahid Zeynalov adlı istifadəçi istehlakçı hüququnun pozulduğunu bildirib.

Narazı vətəndaş yazır: "İyun ayının 12-si soyuducu aldım, iyul ayının 17-si xarab oldu. Zəng edib məlumat verməyimə baxmayaraq, servisi nəhayətində iyul ayının 20-si göndərə bildilər. O gündən bu günə gah sxeması dəyişdirilməlidir dedilər, gah matoru dəyişdirilməlidir dedilər. Nəhayət, bu gün bütün bu avadanlıqlar ilə servisdən gəldilər, bir az qurdalanıb dedilər ki, servisə getməlidir soyuducu və 1 həftə-zad da orda qalacaq.

Hörmətli “Kontakt Home”, Allahdan sizə yay vaxtı soyuducusuz qalmağı arzu edirəm.

P.S: *6060 ilə bu gün də danışdım bildirdim ki, sabah da soyuducu düzəlməsə, məhkəməyə müraciət edəcəm... Burdan da demiş olum..."

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV