Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

“News.am” bildirir ki, hadisə Xankəndi şəhəri yaxınlığında baş verib.

Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.

Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.