Çinin şərqindəki Tszyansu əyalətində hotel binasının bir hissəsi çöküb.

Hadisə nəticəsində azı bir nəfər həlak olub. Daha 10 nəfərin itkin düşdüyü deyilir.

Dağıntılar altından 8 nəfəri çıxarmaq mümkün olub, onlardan 3 nəfərinə tibbi yardım göstərilib.

Hotelin çökməsinin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza zamanı binada nə qədər adamın olduğu bilinmir.