Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik çərçivəsində 1 milyona qədər rusiyalının çağırılması planları ilə bağlı yazılanları təkzib edib.

O, TASS-a deyib: "Bu, yalandır".

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib və müvafiq fərman imzalayıb. Ümumilikdə 10 bənd var, lakin yeddinci rəsmi olaraq dərc olunmayıb. Sənədin özündə "rəsmi istifadə üçün" kimi qeyd olunub.

"Novaya qazeta"nın yazdığına görə, Avropa iddia edir ki, fərmanın qapalı yeddinci bəndində 1 milyona qədər insanın hərbi xidmətə çağırılması imkanından bəhs edilir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu daha əvvəl bildirmişdi ki, ölkədə elan edilən qismən səfərbərlik zamanı 300 min nəfər hərbi xidmətə çağırılacaq.

E.ŞİRİNOV