Rusiya prezidenti Putin yaddaşını itirməyə başlayıb və artıq sağlıq problemləri var, çox şeyi unudur. Onun bu problemi bütün dünya üçün təhlükəlidir. Məsələ burasındadır ki, yaddaşı zəif olan insan idarəetmə rıçaqlarını itirir.

Bu barədə “Є pitanya” YouTube kanalına müsahibəsində Ukraynanın ABŞ-dakı keçmiş səfiri (2015-2019) və xarici siyasət məsələləri üzrə tanınmış ekspert Valeri Çalıy deyib.

O qeyd edib ki, dəyişiklikləri həqiqətən də Putinin davranışında görmək olar. Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının əvvəlində və indiki Putinin vərdişlərini müqayisə etsək, fərq həqiqətən göz qabağındadır.

Bununla belə, Çalıy qeyd edib ki, onu daha çox başqa şey narahat edir.

"Bilmirəm, bu stress və daimi gərginliyin təsiridir, yoxsa yaş öz təsirini göstərir? Amma yaddaşını itirir. Adları, tarixləri unudur. Bu, nəzarət rıçaqlarını əldən verən adamdır. Belə adam nüvə dövlətini idarə edə bilməz”, - deyə Ukraynanın ABŞ-dakı keçmiş səfiri bildirib.

E.ŞİRİNOV