Başqırdıstanda Azərbaycanın mənafeyini və milli dəyərlərimizi ləyaqətlə təmsil edən diaspor rəhbərlərimizlə həmişə qürur duyuruq...

RUsiya Vəkillər Gildiyasının vitse-prezidenti, Dumanın sektor rəhbəri, Başqırdıstan Dövlət İmtahan Komissiyasının rəhbəri, professor Valeh Abbasov və onun komandası bu dəyərləri ən yüksək səviyyədə davam etdirir.

Yeri gəlmişkən, Ufadakı diaspor rəhbərlərimizdən biri Şamil Abbasovun bu istiqamətdə xidmətləri xüsusi diqqətə layiqdir. Ş.Abbasov "Təzadlar" a bildirdi ki, onlar Azərbaycanın bütün milli bayramlarını, əlamətdar günlərimizi heç vaxt unutmurlar və paytaxt Ufada müntəzəm olaraq bu günləri məxsusi qeyd edirlər: "... Onu da deyim ki, bu gün Azərbaycanın müharibə zonasından ailələri köckün düşmüş uşaglara Nar bayramı kecirdik. Bayram tədbirinə Ufa şəhər diyaspora sədri Rəna xanım İsmayılova və Ufa millətlərin dostluq evinin direktoru  Flyuza xanım Qaysina rəhbərlik edirdilər. Bayram tədbiri olduqca maraqlı keçdi, Azərbaycanın milli musiqilərinin müşaiyəti ilə tamamlanan bayram hamıda xoş təəssürat yaratdı... Biz diaspor üzvləri olaraq belə tədbirləri müntəzəm olaraq təşkil edirik...".

A.Məmmədli