Türkiyə Donetsk və Luqansk Xalq Cümhuriyyətlərinin, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşmək qərarını qəbul edə bilməz.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

"Türkiyə 2014-cü ildə keçirilən qeyri-qanuni referendumda Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 2014-cü ildə qəbul edilmiş bu mövqeyə uyğun olaraq, biz Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını rədd edirik. Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini kobud şəkildə pozan bu qərar qəbul edilə bilməz. Biz şiddəti artmaqda davam edən bu müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında dayandırılmasına dəstəyimizi bir daha bildiririk”, - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 23-dən sentyabrın 27-dək DXR, LPR, eləcə də Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmə məsələsi ilə bağlı referendumlar keçirilib. Sakinlərin böyük əksəriyyəti Rusiya Federasiyasına qoşulmağın tərəfdarı idi. Cümə günü Rusiya prezidenti Vladimir Putin və DXR və LXR, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri regionların Rusiyaya birləşdirilməsi haqqında saziş imzalayıblar.

E.ŞİRİNOV