Torpaq şəhidlərin qanı ilə yoğrulanda Vətən olur deyiblər.

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımıza qovuşmaq minlərlə qəhrəmanlarımızın yarım qalan ömrü, itirilən sağlamlığı hesabına mümkün olmuşdur. Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlik müqəddəslikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək olur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canından keçən, Vətən uğrunda şəhid olmağı özünə şərəf  bilən şücaətli Azərbaycan oğullarından biri də  şəhid Baladov Ruslan Allahyar oğludur.

 4 oktyabr 2022-ci il tarixində 44 günlük Vətən müharibəsində canından keçmiş Hacıqabulun igid, mərd oğlu Baladov Ruslan Allahyar oğlunun Şəhadətə yüksəlməsinin iki  ili tamam oldu. Bununla əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və rayon Tarix-Diyarşünaslıq muzeyinin kollektivi Şəhidin ailəsini ziyarət etmişdir. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova və Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bahar İsaqova Şəhidin anasına xatirə hədiyyəsi təqdim etdikdən sonra Şəhidin valideyinləri ilə söhbət etmiş, onun ev muzeyinə tamaşa etmişlər.

 

A.İmanova