Rusiya Prezidenti Vladimir Putin səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında fərmanı dəyişdirib.

Yeni imzalanmış fərmanda üç kateqoriyadan olan rusiyalılar üçün səfərbərlik təxirə salınacaq.

Bu, hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənədə əsasən, bu üç kateqoriyaya daxil olan rusiyalılar möhlət hüququ alacaqlar: aspirantlar, dövlət akkreditasiyasından keçmiş qeyri-dövlət universitetlərinin tələbələri, həmçinin axşam şöbələrinin tələbələri.

Həmçinin fərmana görə, ordinaturada, eləcə də “ ruhani təhsil təşkilatlarında” təhsil alan tələbələr də səfərbər edilməyəcək.

Fərman imzalandığı gündən, çərşənbə günü, oktyabrın 5-dən qüvvəyə minib. Qeyd edək ki, fərman sentyabrın 21-dən yaranmış hüquq münasibətlərə də şamil ediləcək - o zaman ölkədə qismən səfərbərliyin başlanması elan edilib.

 ***

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Artıq 8-ci aydır ki, Ukraynada müharibə gedir.

Bu müddət ərzində Vladimir Putin Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Həmçinin sentyabrın 21-də ölkəsində qismən səfərbərlik elan edib.

Rusiya müdafiə naziri Sergey Şoyqu bu günlərdə bildirib ki, elan olunmuş  səfərbərlik çərçivəsində Rusiya silahlı qüvvələrinə 200 mindən çox adam gəlib.

Qeyd edək ki, Putinin səfərbərlik Fərmanından sonra yüz minlərlə rusiyalı ölkəni tərk edib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA