booked.netbooked.net booked.net  

Ukraynanın İT ordusu Rusiya Federasiyasının prezidenti Vladimir Putini ad günü münasibətilə "təbrik edib".

Bu barədə Ukraynanın IT ARMY şirkəti Telegram-da məlumat yayıb.

"Biz Putini son doğum günü münasibəti ilə təbrik etmək üçün KTMT-nin internet saytlarını sındırmalı olduq", - məlumatda deyilir.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna “İT-ordu” sentyabrın 12-dən 25-dək Rusiyanın 4000-dən çox onlayn resursunun işini dayandırıb.

Ukraynanın "IT-ordu" informasiya və kiberməkanda düşməni zərərsizləşdirmək üçün 2022-ci il fevralın sonunda yaradılmış İT mütəxəssisləri icmasıdır. Bu, həm ukraynalı, həm də xarici mütəxəssisləri bir araya gətirdi.

Bildiyiniz kimi, bu gwn - oktyabrın 7-də Putin ad gününü qeyd edir. 70 yaşı tamam olur. Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yubileyi üçün “Belarus” traktoru hədiyyə edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN