TASS agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessada silsilə partlayışlar baş verib.

Partlayışların təfərrüatları barədə məlumat verilməyib.

Həmin gün səhər saatlarında, noyabrın 23-də Kiyevdə və Ukraynanın daha beş bölgəsində: Odessa, Nikolayev, Dnepropetrovsk, Sumı və Poltava vilayətlərində hava həyəcanı elan edilib.

Xatırladaq ki, Rusiya qoşunları oktyabrın 10-dan Ukraynanın enerji, rabitə və hərbi komandanlıq və idarəetmə obyektlərinə hücum edir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu, Kiyevin terror aksiyalarına, o cümlədən Krım körpüsündə baş verən partlayışa cavabdır.

E.ŞİRİNOV