Dövlət Duması səfərbərliyə çağırışla əlaqədar dövlət qulluğunun dayandırılması haqqında qanun qəbul edib.

Dəyişikliyin mətnində qeyd olunur ki, hərbi xidmət istisna olmaqla, dövlət qulluğu vətəndaşın səfərbərlik üzrə hərbi xidmətə çağırılması və ya hərbi xidmət haqqında müqavilənin bağlanması ilə əlaqədar dayandırılır.

Həmçinin, dövlət qulluğu vətəndaşın Rusiya Federasiyası Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində könüllü köməklik haqqında müqavilə bağlaması ilə əlaqədar dayandırıla bilər, - mətndə deyilir.

Dəyişikliklərə uyğun olaraq, dövlət qulluğu işçinin işdən çıxdığı gün bərpa olunur. Eyni zamanda vətəndaş xidmətə daxil olması barədə işəgötürənə üç iş günündən gec olmayaraq məlumat verməlidir.

Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə səfərbərliyin ikinci dalğasının mümkünlüyünü müzakirə etmədiyini bildirmişdi.

Rusiya Müdafiə Nazirliyinin maliyyə blokunun nümayəndəsi Sergey Mikişenko qismən səfərbərlik çərçivəsində çağırılan vətəndaşlar üçün minimum müavinətin 195 min rubl olacağını bildirib.

E.ŞİRİNOV