Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, Vladimir Putinin Federal Məclisə müraciətini açıqlayacağı hələ dəqiq tarix yoxdur.

Kreml sözçüsü söz verib ki, tarix məlum olan kimi elan olunacaq.

"Dəqiq tarixlər görünən kimi sizə məlumat verəcəyik", - Peskov bildirib.

Daha əvvəl Peskov bildirib ki, prezidentin müraciətinin elanı ilin sonunadək planlaşdırılır.

E.ŞİRİNOV