2022-ci il futbol üzrə dünya çempionatının keçirildiyi şəhərlərdən biri olan Qətərin Lusail şəhərində güclü yanğın baş verib.Yanğın videosu sosial şəbəkələrdə hadisə şahidləri tərəfindən yayımlanıb.

İlkin məlumatlara görə, yanğın Lüsail yaxınlığında tikilməkdə olan obyektdə və anbarlarda baş verib. Videoda yanğın baş verən yerin üzərinə bir neçə on metr hündürlüyündə tüstü sütununun qalxdığını görmək olar.

Fövqəladə hallar xidməti yanğınla məşğuldur. Hazırda zərərçəkənlər barədə məlumat verilmir.

Maraqlıdır ki, Lusail, demək olar ki, xüsusi olaraq Qətərdə keçirilən dünya çempionatı üçün tikilmiş şəhərdir, paytaxt Dohanın şimalında yerləşir. Onun tikintisinə 40 milyard funt sterlinq ayrıldığı təxmin edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA