booked.netbooked.net booked.net  

Vətən torpaqlarının və əhalimizin təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almadığımız kimi, heç kimə də hesabat vermirik. Terror təşkilatlarının adını dəyişməklə onları dəstəkləyənlərin riyakarlığına dözmək məcburiyyətində deyilik.

TEZADLAR.AZ TRT-y\ istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

Dövlət başçısı terrorla mübarizənin bundan sonra da qətiyyətlə davam edəcəyini, dövlət sərhədləri boyunca təhlükəsizlik zonası yaratmağın hüquqi əsaslara söykəndiyini diqqətə çatdırıb.

“Ölkəmizi yersiz təhdidlərlə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə öz məqsədləri üçün əhəmiyyətsiz mövqelərə məcbur etməyə heç kimin gücü çatmayacaq. Heç kəs Türkiyenin təhlükəsizlik və sabitlik bölgəsini genişləndirmək naminə apardığı hərbi əməliyyatlardan narahat olmasın”,-deyə dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan hökumətin sosial-iqtisadi layihələri və bu istiqamətdə görülən tədbirlər barədə də əhaliyə ətraflı məlumat verib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN