Qətərdə keçirilən dünya çempionatında İslam Respublikası komandasının Uelslə oyunda qazandığı qələbə şərəfinə İran həbsxanalarından 715 məhbus azad edilib.

Jurnalistlərə verilən məlumata görə, milli komandanın qələbəsi İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn tərəfindən yüksək qiymətləndirilib. Onun əmri ilə azadlığa buraxılma qərarı verilib.

İranın Fars xəbər agentliyi TASS-a istinadən xəbər verir ki, “Dünya Çempionatında işə qeyrətli münasibət İslam İran xalqına sevinc və xoşbəxtlik bəxş etdi, milli birliyin təzahürünə, kollektivizm ruhuna çevrildi”.

E.ŞİRİNOV