booked.netbooked.net booked.net  

“Yalnız Luqansk vilayətində RF bölmələrindən biri bir həftə ərzində döyüşçülərinin 70% -ni itirib”.

Ukrayna silahlı qüvvələr Luqansk vilayətində əks-hücum əməliyyatını davam etdirir. Noyabrın 29-na olan məlumata görə, Ukrayna ordusu 13 yaşayış məntəqəsini işğalçılardan azad edib.

 "Hazırda Luqansk vilayətində 13 yaşayış məntəqəsi işğaldan qurtarılıb. Belə ki, tezliklə sakinlərə burada təhlükəsiz sosial xidmət göstərmək və əsas həyat təminatı sistemlərinin fəaliyyətini bərpa etmək üçün minalardan təmizləmə işləri aparmaq lazım gələcək", - deyə Luqansk VHA sədrinin birinci müavini Aleksey Smirnov bildirib.

Yerli hakimiyyət orqanları işğaldan azad edilmiş yaşayış məntəqələrinin evakuasiya vəziyyətini və problemlərini müzakirə ediblər. Bundan əlavə, minatəmizləmə, humanitar yardımların çatdırılması və istilik məntəqələrinin yerləşdirilməsi üzrə işçi qrupların formalaşdırılması istiqamətində işlər aparılır.

Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə böyük itkilər verdiyi açıqlanıb. Qeyd edilib ki, yalnız Luqansk vilayətində RF bölmələrindən biri bir həftə ərzində döyüşçülərinin 70% -ni itirib.

Bundan başqa, Ukrayna ordusu Melitopol yaxınlığında rusların texnika ötürmək üçün istifadə etdiyi körpünü zədələyib.

Həmçinin, USQ-nin Baş Qərargahı bildirib ki, Ukrayn aviasiya qüvvələri ötən gün, noyabrın 28-də düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi ərazilərə üç zərbə endirib. Ukrayna müdafiəçiləri Luqansk vilayətində Svatovoda işğalçıların yerləşdiyi əraziyə zərbələr endiriblər. Bundan əlavə, ötən gün ərzində onlar düşmənin Su-25 və Su-24 təyyarələrini də vurublar.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN