Çinin keçmiş prezidenti və Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin keçmiş baş katibi Szyan Zemin çərşənbə günü 96 yaşında vəfat edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, leykoz və daxili orqanların funksional çatışmazlığından əziyyət çəkən Jiang Zemin 2022-ci il noyabrın 30-da yerli vaxtla saat 12:13-də Şanxayda dünyasını dəyişib.

Jiang Zemin 1926-cı il avqustun 17-də Çinin şərqindəki Jiangsu əyalətində anadan olub. 1989-cu ilin iyunundan 2002-ci ilin noyabrına qədər o, ÇKP MK-nın baş katibi vəzifəsində çalışıb. 1993-2003-cü illərdə Çin Xalq Respublikasının sədri vəzifəsində çalışıb.

E.ŞİRİNOV