booked.netbooked.net booked.net  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, bəzi Qərb dövlətləri Ukrayna böhranının həllində maraqlı deyil və onlar Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturmağa razı salmalıdırlar.

O, bu barədə Romada Aralıq dənizi dialoqları konfransında bildirib.

"Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı [Rusiya ilə] danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq", - o deyib.

Eyni zamanda, Çavuşoğlu etiraf edib ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü martda olduğundan daha çətin olacaq. "Bu gün daha çətin olacaq, çünki yeni şərtlər yaranıb. Rusiya öz şərtlərini irəli sürəcək, Ukrayna onları qəbul etməyəcək, lakin Türkiyə nizamlanma üçün səylərini davam etdirəcək", - deyə o əlavə edib.

O, Ukraynadakı münaqişəyə son qoymağın yeganə yolunu diplomatiyadan istifadə etmək olduğunu düşünür.

Türkiyənin iştirakı ilə taxıl müqaviləsinin bağlanmasını və uzadılmasını, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsini xatırladaraq, "[münaqişəyə] son ​​qoyula bilər, biz nizamlanma məsələsində praqmatik mövqe tuturuq ki, bu da konkret nəticələr verir", - Çavuşoğlu bildirib.

"Ümid edirəm ki, yaza qədər biz danışıqlar üçün şərtlərin təşkili ilə bağlı daha aydın təsəvvür əldə edəcəyik. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - Çavuşoğlu fikrini yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN