booked.netbooked.net booked.net  

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində mövqelərini geri qaytarmaq cəhdlərini dayandırıb və dekabrın 2-dən 3-dək 60-a yaxın yaraqlını məhv edib.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, ukraynalı millətçilər DXR-in Kurdyumovka, Maryinka və Avdiivka yaxınlığında irəliləmək niyyətində olublar. Lakin canlı qüvvə ilə birlikdə iki tank və beş zirehli maşın itirib.

Ukrayna silahlıları cənub-Donetsk istiqamətində də - Novomayorskoye və Şevçenko yaşayış məntəqələrinin yaxınlığından keçməyə cəhd edib. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrini əvvəlki mövqelərinə qaytararaq, 40-dan çox döyüşçünü məhv edib və yaralayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN