booked.netbooked.net booked.net  

İsveç Baş Prokurorluğu dövlət çevrilişində ittiham olunan iki türkün Türkiyəyə ekstradisiya edilə bilməyəcəyi ilə bağlı Ali Məhkəməyə bəyanat göndərib. Bu barədə “Expressen” nəşrinin materialında məlumat verilib.

Qeyd olunur ki, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi üçün Türkiyənin şərtləri arasında 2016-cı ilin yayında dövlət çevrilişinə cəhddə ittiham olunan iki vətəndaşın ekstradisiyası da var.

Söhbət 40 və 45 yaşlı iki şəxsdən gedir. Müttəhimlərdən biri daimi yaşayış icazəsi ilə qaçqın statusu ilə Dalarnada yaşayır. Türkiyə onu çevriliş cəhdi zamanı rabitə şəbəkəsi funksiyasını yerinə yetirən Bylock mobil proqramından istifadə etməkdə ittiham edir.

İkinci adam Stokholmda yaşayır, həm də qaçqın statusundadır. Onun İsveçdə üç illik yaşayış icazəsi var. Türkiyə onu mobil proqramdan istifadə etməkdə və silahlı terror təşkilatına üzv olmaqda da ittiham edir.

Maraqlıdır ki, hər iki Türkiyə vətəndaşı bütün ittihamları rədd edir.

Dekabrın 6-da Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, ölkə İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür. Dövlətlər 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd fəalları ekstradisiya etmək niyyətində deyil. Türkiyə üçün bu ölkələrdən terrorçuların ekstradisiyası onların NATO-ya daxil olmasının şərtlərindən biridir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN