Rusiya Federasiyası Silahlı Qüvvələrinin 2022-ci il üçün bütün tapşırıqları yerinə yetirildi, döyüş qabiliyyəti 13% -dən çox artdı.

Bunu çərşənbə günü Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən hərbi idarənin yekun kollegiyasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Ümumiyyətlə, silahlı qüvvələr tərəfindən 2022-ci il üçün qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib. Onların döyüş qabiliyyəti 13%-dən çox artıb. Ölkənin müdafiə qabiliyyətinin əvvəlcədən müəyyən edilmiş səviyyədə saxlanması təmin edilib", - deyə o bildirib.

E.ŞİRİNOV