Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye vilayətinin Mixaylovka şəhərinə artilleriya zərbəsi endirib. Atəşə məruz qalan obyektlər arasında məktəb binası da var.

Tezadlar.az xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Volodimir Roqov Telegram-da bildirib.

"Tələfat və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir", - deyə Roqov yazıb və əlavə edib ki, atəş ağır silahlardan açılıb.

Bu ərəfədə Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib. Onların arasında Sumı, Nikolayev, Kirovoqrad, Çerkassı, Poltava və Dnepropetrovsk vilayətləri var.

E.ŞİRİNOV