Dünən Ermənistanın Basarkeçər rayonunun Azad kəndindəki N saylı hərbi hissənin kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. 

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində ciddi xəsarət alan 3 nəfərin vəziyyəti isə ağırdır. Ermənistanın istintaq orqanları yanğının səbəbini araşdırır. Sosial mediada isə bunun təxribat nəticəsində baş verdiyi söylənilir. Ölən əsgərlərin valideynləri isə Müdafiə Nazirliyinin qarşısına yığışıb nazirin cavab verməsini tələb edirlər.
A.Məmmədli