Dağıstanın Babayurtovski rayonunda mikroavtobusun işıqlandırma dirəyinə çırpılması nəticəsində 10 nəfər xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin Telegram kanalının məlumatına görə, hadisə Həştərxan-Mahaçqala yolunun 424-cü kilometrliyində baş verib.

Qeyd olunur ki, 30 yaşlı yerli sakin “Mercedes-Benz Sprinter” markalı avtomobili idarə edib. Bir anda idarəetməni itirərək dirəyə çırpılıb, bundan sonra avtomobil kanala düşüb.

Bir uşaq da daxil olmaqla on nəfər yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV